Sizin Reklam Burada

Fazil Mustafa Qaradağda növbəti görüşünü keçirib - FOTOLAR

Fazil Mustafa Qaradağda növbəti görüşünü keçirib - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Qaradağ rayonun Lökbatan qəsəbəsində keçirib.

Əvvəlki kimi namizədin budəfəki görüşü də izdihamlı keçib. F.Mustafa ənənəvi olaraq əvvəlcə seçki platforması və proqramından yer alan tezislərdən bəhs edib. Namizəd qedib ki, əsas məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılmasına nail olmaqdır. F.Mustafa bu dəfə ailə institutunun formalaşması məsələsinə toxunub. Qeyd edib ki, ailə institutu ciddi böhran içindədir. İntiharların və boşanmaların sayının ilbəil artması bu sahədə siyasətə yenidən baxılmasını tələb edi.

Fazil Mustafa eyni zamanda “1 Həyati + 50 vacib MƏSƏLƏ” adlı seçki platformasında nəzərdə tutduğu təkliflərini də səsləndirib: "Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın və bu say 5-dən 3-ə endirilsin, 5 yaşadək uşaqlar şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər. 3 və daha çox uşağı olanlara güzəştli ipoteka şamil olunsun. Qadınların orta əmək haqqı kişilərə nisbətən 60% təşkil edir. Bu səbəbdən onların pensiya kapitalı da az olur. Qadınların pensiya kapitalına əmsal tətbiq edilsin və bu əmsal uşaqların sayına görə diferensiallaşsın. Dəmir çatışmazlığını kütləvi şəkildə aradan qaldırmaq üçün onun zənginləşdirilməsi proqramı tətbiq edilsin. Uşaq bezləri və uşaq yeməkləri gömrük rüsumundan və əlavə dəyər vergisindən azad olunsun. 1-4-cü sinif şagirdlərinə dövlət məktəblərində isti yemək verilsin. 2 yaşadək uşaq əmizdirən analara müavinət verilsin. Qız uşaqlarının təhsil haqqı dövlət büdcəsindən ödənilsin. Autizmi olan uşaqlar üçün reabilitasiya mərkəzləri yaradılsın, analarına uşaqlar 7 yaşa çatana qədər sosial məzuniyyət verilsin. Özəl idman salonlarında uşaqlar üçün 50%-lik güzəşt tətbiq edilsin. Selektiv abortların qarşısının alınması və demoqrafik artımın stimullaşdırılması üçün hər doğulan 2-ci qız uşağına görə 10 min, 3-cü və sonrakı hər qız uşağına görə 15 min manat birdəfəlik müavinət verilsin. Uşaq pulu müavinəti valideynlərin biri əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu halda gəlir vergisindən azad edilmə şəklində verilə bilər. Yəni 1-ci uşağa görə 1%, 2-ci uşağa görə 2% 3-cü uşağa görə 3% olmaqla gəlir vergisindən (14%) azaldılma şəklində ailənin gəliri artırıla bilər. 4 və daha çox uşağı olanlar isə tamamilə gəlir vergisindən azad edilə bilər".

Görüşün sonunda Fazil Mustafa seçicilərin çoxsaylı suallarını cavablandırıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər