Fuad Əliyev Nizami rayonunda görüş keçirib - Fotolar
Dərc olunub:
26-01-2024, 13:44
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Nizami rayonunda seçicilərlə keçirib.
Bu dəfə də görüş izdihamlı keçib.
F.Əliyev əvvəlcə seçki platforma və proqramından danışıb. Deyib ki, əsas hədəfimiz əhalinin sosial müdafiəsini gücləndirmək, yaşayış səviyyəsini yüksəltməkdir.
F.Əliyev qeyd edib ki, seçicilər ona etimad göstərərsə əhalinin sosial müdafiəsi gücləndiriləcək, əmək haqqları, pensiyalar, müavinətlər artırılacaq, təhsil, səhiyyə, hüquq sistemində islahatlar aparılacaq.
Sonda F.Əliyev seçicilərin suallarını cavablandırıb.