Sizin Reklam Burada

Prossesdə itirən sadəcə Avropa olacaq

Prossesdə itirən sadəcə Avropa olacaqAŞPA-da baş verənlər bir daha Qərb ölkələrinin necə ikili yanaşma tərzi ilə hərəkət etdiyini və ədalətsiz mövqe sərgilədiyini ortaya qoydu. Bu təşkilat niyə görə 30 il bir dəfə də olsun "Qarabağdan vəhşicəsinə qovulmuş azərbaycanlılar öz yurd - yuvasına qayıtmalıdır" demədi, ancaq öz xoşu ilə Qarabağı tərk etmiş ermənilər, onların geri dönməsi üçün maksimum təzyiq metodundan istifadə etməyə çalışır. Kim deyir ki, ermənilərə geri dönməsin? Əvvəldə də ən yüksək səviyyədə bəyan edilib ki, Qarabağdakı ermənilər Azərbaycan dövlətinin qanunlarını qəbul etdiyi təqdirdə Azərbaycanın digər vətəndaşları ilə tamhüququ təmin edilməklə Azərbaycan ərazində yaşıya və bütün hüquqlardan istifadə edə bilərlər. Bunu ermənilər də bilir.

Avrasiya.net xəbər verir ki, bu fikri "Xalq Cəbhəsi" nə siyasi ekspert Zeynal Əmrəliyev deyib.

Onun fikrincə, ancaq nədənsə Avropa rəsmiləri, Brüssel və Strasburqda oturan yoldaşlar "Paşinyandan çox erməni olmağa", əslində isə Avropadakı zəngin erməniləri soymaq istəyirlər və məncə bunu bacarırlar da. Makrondan tutmuş Borreldən keçmiş AŞPA deputatlarına qədər hamısı erməni diasporundan qidalanır. Ədalət anlayışını bu qədər qurumlarda axtarmaq sadəlövlükdür. Azərbaycanda hazırda prezident seçkisidir və Qərb dairələri bu dəfə heç bir halda Azərbaycana müdaxilə edə bilmədilər:

"Çünki xalqın demək olar ki, tam əksəriyyəti prezident İlham Əliyevi dəstəkləyir və İlham Əliyevin yenidən seçiləcəyi şübhəsizdir. Bu günə qədər Avropa institutları nə qədər çalışsalar da seçki prossesində Azərbaycana təzyiq edəcək heç bir hal tapa bilmədilər. Bu aqressiya Azərbaycanın Qərbin atdığı bütün addımlara adekvat cavab verməsi, Avropanın yeritmək istədiyi diktələrə boyun əyməməsi, xüsusilə AŞPA-nın mənzil - qərargahının yerləşdiyi Fransanın son zamanlar sərgilədiyi ədalətsiz hücumlara lazımi cavablar verib onu yerində oturdurması sonda bu proseslə nəticələndi.

Şübhəsiz ki, Avropa rəsmiləri bir müddət sonra yenidən Azərbaycanla əlaqələrin bərpasına çalışacaqlar. Bu prossesdə itirən sadəcə Avropa olacaq. Onların Azərbaycana ehtiyacı var, Azərbaycanın onlara yoxdur. Nəzərə alsınlar ki, bəzi Avropa ölkələri məhz bizim hesabımıza qızınır. Görünür erməni pullarına sulanan avropalı rəsmilər öz sadə xalqlarını düşünmək istəmirlər. Bu da şübhəsiz ki, onlara siyasi cəhətdən baha başa gələcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər