Sizin Reklam Burada

Fuad Əliyev Gəncədə seçicilərlə növbəti izdihamlı görüşünü keçirib

Fuad Əliyev Gəncədə seçicilərlə növbəti izdihamlı görüşünü keçirib2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Gəncədə seçicilərlə növbəti izdihamlı görüşünü keçirib.

Avrasiya.net
xəbər verir ki, Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib, sənədlərdə yer alan sosial sahədə yaranan problemlərin həlli və çıxış yollarından danışıb.

Seçicilərinin etimadını qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edən Fuad Əliyev daha çox əhalinin sosial problemlərinə və onların həllinə diqqət ayırıb.

O, deyib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün əhali üçün yanacaq və elektrik enerjisi qiymətlərinin 2024-cu il aprelin 1-dən aşağı salınması, Azərbaycanda yaşayış minimumunun, habelə sosial müavinət və pensiyaların artırılması, inflyasiya göstəricilərini nəzərə alaraq minimum aylıq əməkhaqqının 500 manata qədər artırılması, pensiya yaşının kişilər üçün 62, qadınlar üçün 59 yaş həddində müəyyən edilməsi, müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibdə korrupsiyaya qarşı ünvanlı islahatların aparılması vacib amillərdəndir.

F.Əliyev onu da qeyd edib ki, seçicilərin etimadını qazanarasa həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imtahanlarının ləğv olunacaq, ali təhsil sistemində rəqəmsal, habelə innovativ və nanotexnologiyalar üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqətin ayrılması, mühəndislik və informasiya texnologiyaları kimi ixtisasların populyarlaşdırılması, Azərbaycan təhsilində 1985-ci ildən əvvəl dünyada ən yaxşı hesab edilən orta məktəb təhsili ənənələrinin bərpa edilməsi, kurikulumdan imtina edilməsi, vətəndaşların ödədiyi vergilərin azaldılması, çörək istehsalının satışına və qiymətlərinə nəzarətin dövlətin inhisarçılığında olması həyata keçiriləcək.





Sonda F.Əliyev seçicilərin suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər