Sizin Reklam Burada

Təbii ki, Fransa yalnız Makrondan və onun kimilərdən ibarət deyil

Təbii ki, Fransa yalnız Makrondan və onun kimilərdən ibarət deyilFransa Senatının, ümumilikdə bu ölkənin rəsmilərinin Anti-Azərbaycan mövqeyi anlaşılan deyil. Artıq müharibə bitib, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr gedir. Bir sözlə regionda uzunmüddətli sabitliyi təmin etmək üçün şəraitin yetişdiyi məqamda Fransa rəsmiləri yaxalarını cıraraq münaqişəni yenidən alovlandırmağa çalışırlar.

Başa düşmək olar adıçəkilən ölkədə erməni lobbisi, diasporu xeyli güclüdür. Həmin qüvvələrin maliyyəsi ilə işləyən fransız deputatlar, dövlət rəsmiləri var. Amma, bütün bunlar Fransanın Anti-Azərbaycan mövqeyində olmasına əsas ola bilməz. Digər tərəfdən ermənipərəst xarakterlə Cənubi Qafqazda uğur qazanmaq mümkün deyil

Geosoyasi proseslər dəyişdikcə Fransanın mahiyyəti ortalığa çıxır. Əslində belə ziddiyyətli siyasət çağdaş dünyanın hüquq sistemini zədələyir. Prezident Makron Fransanın xarici siyasət strategiyasını çökdürməkdə davam edir. Dünya dövlətləri ilə, o cümlədən Azərbaycanla zorakı siyasətlə deyil, qarşılıqlı maraqlar çərçivəsində sivil prinsiplərə uyğun əməkdaşlıq mümkündür. Bu imkanı Makron mümkünsüz edib.Təbii ki, Fransa yalnız Makrondan və onun kimilərdən ibarət deyil.

Adıçəkilən ölkənin də hadisələri düzgün dəyərləndirən siyasi elitası mövcuddur. Görünür, onlarla işləmək, əsl reallığı geniş auditoriyalara çatdırmaq zərurəti yaranmışdır. Reallıq onu göstərir ki, sərt bəyanatlar lazımdır. Amma bu bəyanatlar yetərli deyil. Deməli, problemlərin çözülməsi üçün həm Fransada beynəlxalq münasibətləri düzgün dəyərləndirən siyasi elita ilə, həm də Avropa Şurası Parlament Assambleyasının bir sıra ölkələrdən olan nümayəndələri ilə intensiv danışıqlar aparmaq vacibdir.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər