Sizin Reklam Burada

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Qaradağda seçicilərlə görüşüb

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Qaradağda seçicilərlə görüşübYanvarın 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Qaradağ rayonunda seçicilərlə görüşüb.

Avrasiya.net xəbər verir ki, partiyanın seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdıran Prezidentliyə namizəd, ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb.

Qanunun aliliyinin təmin olunmasının, ədalətli məhkəmə hakimiyyətinin, andlı iclasçılar institutunun ölkədəki bir çox problemlərin həlli üçün əsas şərt olduğunu vurğulayan prezidentliyə namizəd qeyd edib ki, seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının qorunması iqtiqamətində, eləcə də sosial-iqtisadi sahədə islahatların həyata keçirilməsinə nail olacaq.

Prezidentliyə namizəd ədalətli cəmiyyət qurmaq üçün hüquqi dövlət quruculuğunun, hüquqi dövlət quruculuğu üçün isə ictimai şüurun inkişafının, demokratik dünyagörüşünün formalaşmasının zəruriliyini qeyd edib. Qüdrət Həsənquliyev bildirib ki, yalnız parlament tipli respublika modelində çoxpartiyalı sistemə real məzmun vermək mümkündür. Parlamentli respublika modelinin ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi, demokratiyanı qavrama səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan prezidentliyə namizəd, seçicilərin etimadını qazanacağı təqdirdə genişmiqyaslı konstitusiya islahatlarının aparılacağını bildirib.

Prezidentliyə namizəd öz nitqində təhsil, səhiyyə sistemində, mədəniyyət və digər istiqamətlərdə aparılması vacib olan islahatlardan da söz açıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər