Sizin Reklam Burada

Aİ bölgəyə sülh gətirməklə yox, təxribatla məşğuldur

Aİ bölgəyə sülh gətirməklə yox, təxribatla məşğuldurAvropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası fəaliyyətdə olduğu müddət ərzində sərhədyanı ərazilərdə 1500 dəfə patrul xidməti həyata keçirib. Qurumun “X” (keçmiş Tvitter) platformasındakı məlumatda bildirilir ki, “Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir” və guya, onlara yerlərdəki vəziyyəti müşahidə etmək, hesabat hazırlamaq tapşırılıb.

Aİ-nin yaydığı bu məlumat təbii ki, gözdən pərdə asmağa hesablanıb. Əsl həqiqətdə isə Aİ “mülki missiya” adı altında sərhədimizə real qoşun yığmağa çalışır. Onlar bu məkrli planı kamuflyaj etmək üçün “mülki missiya”, “monitorinq”, “patrul xidməti” kimi qeyri-hərbi ibarələrdən gen-bol istifadə edirlər. Eyni zamanda həmin dırnaqarası “patrul”ların sayını get-gedə artırmağa çalışırlar. Belə ki, Ermənistandakı mülki monitorinq missiyasına əvvəlcə 138 nəfərlə başlayan Avropa İttifaqı, daha sonra onların sayını 209 nəfərə qədər artırıb. Özü də bunun üçün heç bir əsas, heç bir zəmin olmadığı halda bu addımı atıblar.

Halbuki Ermənistan-Azərbaycan şərti sərhəddində son aylarda heç bir silahlı insident baş vermir. Azərbaycan Ordusunun Ermənistana müdaxilə etməyə hazırlaşdığı barədə fikirlər də sadəcə uydurma və dezinformasiyadır. Əksinə, hazırda Ermənistan və Azərbaycan arasında siyasi-diplomatik müstəvidə münasibətlərin get-gedə intensivləşməsi sülh üçün real zəmin yaradır. Avropa İttifaqının rəsmiləri isə bir yandan “biz Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə sadiqik” səpkili bəyanatlar verir, digər tərəfdən Aİ peşəkar hərbçiləri “patrul” adı altında Ermənistanda yerləşdirməklə sülh prosesinə ciddi zərbə vurur. Bu isə bir daha “ikili standart”ların əyani təzahürüdür.

Ümumiyyətlə, Aİ-nin Ermənistan-Azərbaycan sərhədində Azərbaycanla razılaşdırmadan müşahidə missiyası yerləşdirməsi beynəlxalq hüquq normalarına da ziddir. “Mülki müşahidə missiyası”nın üzvlərinin birbaşa sərhədə göndərilməsi və onların hərbi təyinatlı durbinlərlə bizim ərazilərimizi izləməsi açıq şəkildə qaydaların pozulması deməkdir. Aİ bölgəyə sülh gətirməklə yox, “patrul”larını, “revizor”larını sərhədimizə yığaraq təxribatla məşğuldur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər