Şabran rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Xırdaoymaq kəndinin seçiciləri ilə görüş keçirilib.
Keçirilən görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təşviqat qrupunun üzvləri Seymur Qədəşov, Çingiz Məmmədov, Birinci Qarabağ müharibəsi iştirakçısı Fərəc Aslanov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev bütün vədlərini bir-birindən əhəmiyyətli addımları, uğurlu islahatları ilə doğruldub, Azərbaycan xalqına tarixi qələbəni qazandırıb, və bununlada Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatında surətli və davamlı inkişafa nail olunub.
Eyni zamanda çıxışlarda bildirilib ki, istər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Prezident İlham Əliyev apardığı məqsədyönlü siyasət ilə ölkə iqtisadiyyatında sürətli və davamlı inkişafa nail olub.
Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər əminliklə qeyd ediblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevə səs verəcəklər.