Prezidentlik uğrunda mübarizə aparanların debat saatı açıqlandı
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
Avrasiya.net xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 21:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai Radioda debatlar keçiriləcək və saat 21:00-da başlayacaq.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.