Prezidentliyə namizədliyin qeydə alınması üçün 7 nəfər sənədləri təqdim edib
Dərc olunub:
8-01-2024, 11:23
Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülənlərin sayı 17 nəfərdir.
Avrasiya.net xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Məzahir Pənahov deyib ki, namizədliyinin irəli sürülməsi təsdiqlənmiş 17 nəfərdən 7-i namizədliklərinin qeydə alınması üçün imza vərəqləri və digər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib: “3 nəfərin artıq namizədliyi qeydə alınıb, 4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçiriləcək iclaslarında baxılacaq”.