star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Daha 4 nəfərin imza vərəqələri MSK-ya təqdim edildi

Daha 4 nəfərin imza vərəqələri MSK-ya təqdim edildiPrezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 4 nəfərin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Avrasiya.net xəbər verir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın namizədi Prezident İlham Əliyevin, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin imza vərəqələri seçki qurumuna təqdim olunmuşdu.

Qeyd edək ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər