Sizin Reklam Burada

Fransalı diplomatların casusluq fəaliyyəti isə artıq beynəlxalq səviyyədə ifşa olunub

Fransalı diplomatların casusluq fəaliyyəti isə artıq beynəlxalq səviyyədə ifşa olunubFransa-Azərbaycan münasibətləri hazırda özünün ən böhranlı dövrünü yaşayır. Avropanın və Cənubi Qafqazın iki aparıcı dövləti arasında siyasi-diplomatik gərginlik davam edir. Bunun da birbaşa günahkarı məhz Fransadır. Azərbaycanın iki fransız diplomatı "arzuolunmayan şəxs" (“persona-non-grata”) elan etməsindən sonra, Fransanın da “güzgü cavabı” prinsipi ilə iki Azərbaycan diplomatının ölkəni tərk etməsini tələb etməsi rəsmi Parisin Azərbaycana qarşı murdar siyasətinin nəticələrini ört-basdır etmək cəhdidir.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Azərbaycanda, Ukraynada, Gürcüstanda və digər ölkələrdə “diplomatik toxunulmazlıq” çətiri altında casus-kəşfiyyat fəaliyyətləri ilə məşğul olan fransız xəfiyyə-agentura şəbəkəsinin aşkarlanması və bu şəbəkəyə daxil olan şəxslərin – dırnaqarası “diplomat”ların birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) tərəfindən yönləndirilməsinin üzə çıxması Makron Fransasının iç üzünü açdı. Bu hadisə Fransanı bütün dünyada rəzil edib. Ona görə də Fransa hökuməti xüsusi tələskənliklə Azərbaycan səfirliyinin iki əməkdaşını “persona non grata” elan etmək qərarına gəlib.

Fransa bu addımı atmaqla özünün zədələnmiş imicini az da olsa düzəltməyə çalışır. Lakin əsl həqiqətdə isə Fransanın iki diplomatımızı ölkədən çıxarmaq qərarı onun çarəsizliyini və zəifliyini göstərir. Eyni zamanda ortada saxtakarlıq faktı da var. Fransanın “cavab addımı” əsl saxtakarlıq nümunəsidir. Çünki bu ölkə iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsini casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atdığını bəyan edib. Lakin bu ağ yalandır.

Fransa tərəfinin bizim diplomatlarımızı casusluqda günahlandırmaq üçün heç bir sübutu yoxdur. Çünki fransalı diplomatların qeyri-qanuni surətdə casusluq fəaliyyəti göstərməsindən fərqli olaraq Azərbaycan səfirliyinin əməkdaşları casus kimi yox, əsl peşəkar diplomat fəaliyyəti ilə məşğuldur. Fransalı diplomatların casusluq fəaliyyəti isə artıq beynəlxalq səviyyədə ifşa olunub, sübuta yetirilib. Ona görə də Fransanın “cavab addımı” gözdən pərdə asmağa xidmət edir. Makron hökuməti Azərbaycana qarşı məntiqsiz və məkrli addımları ilə özünü təmizə çıxarmağa çalışır. Lakin Fransa tərəfinin bu addımları onu daha da nüfuzdan salır. Anti-Azərbaycan mövqeyindən çıxış etmək Fransaya ağır zərbə vuracaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər