Bakı 3 rayonu bir güllə atmadan alacaq - Qambaryan

Bakı 3 rayonu bir güllə atmadan alacaq - QambaryanQərb Paşinyanı çox pis aldadıb, onu Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalamağa məcbur edib, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyacağına söz verib, lakin bu, baş tutmayıb.

Bu sözləri erməni politoloq Qagik Qambaryan erməni mediasına deyib.

O bildirib ki, bundan sonra Avropa Şurasının rəhbəri Şarl Mişel kənara çəkilib:

“Bakı indi bəyan edir ki, sərhədlərin demarkasiyası və delimitasiyası olmadan sülh müqaviləsi imzalana bilər. Bu o deməkdir ki, Azərbaycan öz qoşunlarını Ermənistanın “işğal etdiyi ərazilərin”dən çıxarmayacaq. Eyni zamanda, Bakı Ermənistandan qoşunlarını anklavlardan çıxarmağı tələb edir. Beləliklə, Azərbaycan Ermənistana heç nə vermədən Ermənistandan İrana və Gürcüstana gedən yollara nəzarət etməyə çalışır”.

Qambaryan iddia edib ki, Bakı həmçinin Zəngəzur, Göyçə və Dərələyəzdə demoqrafik mənzərəni dəyişmək üçün Ermənistana 130-140 min nəfərlik azərbaycanlı qaçqını məskunlaşdırmağa cəhd edir:

“Məqsəd gələcəkdə bu bölgələri bir güllə belə atmadan ələ keçirməkdir”.

Onun qiymətləndirməsinə görə, sülh müqaviləsi üçüncü Ermənistan Respublikasının ən yaxşı halda 10, ən pis halda isə 5 il ərzində dağılmasına gətirib çıxaracaq.

"Azərbaycan və Türkiyə heç vaxt Ermənistanın inkişafına imkan verməyəcək", - Qambaryan vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər