Sizin Reklam Burada

"Hindistanın Ermənistana silah satışından xəbərimiz var"

"Hindistanın Ermənistana silah satışından xəbərimiz var"Hindistanla Ermənistan arasında silah satışı istiqamətində müqavilə məsələsindən biz xəbərdarıq, bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf müqabilləri ilə münasibətimiz var.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Hindistan silah satışını Azərbaycan, Türkiyə ilə bağlı mövqeyi ilə heç vaxt uzlaşdırmayıb:

“Onlar qeyd ediblər ki, bu addımları kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlmiş addım deyil. Rəsmi mövqe budur. Bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üün kövrək məqam yaranıb. Bunun fonunda belə bir adıdmın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər