Sizin Reklam Burada

“Bizim Zəngəzura ərazi iddialarımız yoxdur”

“Bizim Zəngəzura ərazi iddialarımız yoxdur”Bizim Zəngəzura ərazi iddialarımız yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya qoşunları Ermənistan sərhədini onsuz da hər yerdə qoruyur.

“Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yola nəzarət etmək məsələsində sadəcə Ermənistan artıq prinsipə gedib, bu mövqe də onlara Qərbdən tövsiyə olunub”, - F.Şəfiyev deyib.

Mərkəz sədri bildirib ki, Azərbaycan İranla yol məsələsini danışandan sonra onlar sülh qovşağı təklif edib, çünki təcrid olunacaqlarını düşünüblər.

“Öz ərazisində Ermənistan buna nəzarəti kimə həvalə edəcəksə həmin qüvvə bizi qane etməlidir. Məsələn nəzarət edəcək qüvvə Fransa olsa, çətin ki biz onu qəbul edək”.

F.Şəfiyev deyib ki, bu daha çox Rusiya-Ermənistan məsələsidir, nəinki Azərbaycan-Ermənistan.

“Bizim Zəngəzura ərazi iddialarımız yoxdur. Sülh sazişi imzalansa, ərazi bütövlüyü tanınsa, burada sadəcə ərazilərin kimə məxsus olması müəyyən olunacaq. Burada xəritənin tərtibi Komissiya tərəfindən həll olunacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər