Sizin Reklam Burada

Azərbaycan və Ermənistan arasında konfedensial danışıqlar gedir

Azərbaycan və Ermənistan arasında konfedensial danışıqlar gedirMDB dövlət başçılarının qeyri-rəsmi sammitində prezident İlham Əliyevlə Nikol Paşinyan arasında ikitərəfli danışıqlar aparılıb. Məhz Rusiya prezidenti Vladimir Putinin iştirakına ehtiyac olmadan keçirilən görüşdə sülh müqaviləsinin detalları müzakirə edilib. Görünür, Azərbaycan və Ermənistan prinsipial məsələlərdə razılaşıb ki, V. Putinin iştirakına lüzum görülməyib.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, hazırda iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində müsbət irəliləyişlər var. Amma, hazırkı situasiyada Ermənistanın silahlanması əlavə suallar yaratsa da, göründüyü kimi danışıqlara mane olmur. Çünki, Azərbaycan Ermənistanın Hindistandan aldığı silahları dağıdıcı parametrlərə uyğun olmadığını və zəif olduğu qənaətindədir. Bundan əlavə, sülh müqaviləsinin bağlanması reallaşarsa, Ermənistanın Azərbaycana qarşı müharibə ehtimalı aradan qalxmış olur:

"Prezident İlham Əliyevlə baş nazir Paşinyan görüşündə şifahi razılaşmalar olduğu istisna deyil. Çünki hər iki lider əvvəllər də ayaqüstü görüşlərdə son dərəcə əhəmiyyətli qərarlar qəbul ediblər. Qarabağ Azərbaycanın de-yure nəzarətinə keçdikdən sonra belə bir görüşün baş tutması, növbəti görüşlərə zəmin yaradır. Azərbaycan və Ermənistan arasında konfedensial danışıqlar gedir. Hər iki ölkənin rəsmi nümayəndələri Azərbaycan ərazisində bir neçə dəfə görüşüb sülh müqaviləsinin detallarını müzakirə edib".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər