Sizin Reklam Burada

Azərbaycanda prezidentliyə namizədlərin sayı 9-a çatdı

Azərbaycanda prezidentliyə namizədlərin sayı 9-a çatdıYazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.

Y.Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib:

“Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq ərazi bütövlüyü tam təmin edilən Azərbaycanda keçirilən prezident seçkisində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkini boykot etmək qərarını pisləyirəm. Çünki bu prezident seçkisi təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkisində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər iş var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, “Böyük Qayıdış” Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlılığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkisinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhfəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində onun yanında olmaq şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!”

Xatırladaq ki, Y.Oğuz 2003-cü ildə keçirilən prezident seçkisində də namizəd olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.

Qeyd edək ki, Yunus Oğuz prezidentliyə namizədliyi irəli sürülən doqquzuncu şəxsdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər