Sizin Reklam Burada

Tarixi gün

Tarixi günDekabrın 21-də bütün dünya Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən möhtəşəm idman hadisəsinin şahidi oldu. İlk dəfə olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərində futbol yarışı keçirildi. Bu tarixi hadisə Azərbaycan xalqı üçün böyük məna kəsb edir.Xankəndi - qədim Azərbaycan diyarıdır.İgid oğullarımızın qəhrəmanlığı, şücaəti , prezidentimizin uzaqgörən siyasəti nəticəsində biz torpaqlarımızın bütövlüyünü təmin etdik. Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı. Tarixin gerçəkliyini özünə qaytardıq.Ulu babalarımız tərəfindən əsası qoyulmuş Xankəndimizdə qəhrəman şəhidlərimizin övladları ilə birgə futbol matçını seyr edən prezident İlham Əliyev sübut etdi ki, Qarabağ bizim tarixi keçmişimiz ,əzəli və əbədi doğma yurdumuzdur.

Oyundan əvvəl etdiyi çıxışında möhtərəm Prezidentimiz bu hadisənin siyasi əhəmiyyətini qeyd edərək bildirdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Ərazilərimizi 30 il işğal altında saxlayan Ermənistan bu şəhəri separatizmin mərkəzinə çevirmişdilər və onlar elə bilirdilər ki, bu vəziyyət əbədi davam edəcək. Lakin Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu həm ermənilərə, həm də bütün dünyaya sübut etdi ki, bu torpaqların əsil sahibi Azərbaycan xalqıdır.

Qarabag ərazisi prezident İlham Əliyevin hər zaman diqqətindədir. Işgaldan azad olunmuş ərazilərimizdə abadlıq quruculuq işləri həyata keçirilir. ,,Böyük qayıdış " layihəsi ilə əhali Qarabağa köçrülür, yeni yaradılmış yaşayış məntəqələri vətəndaşların istifadəsinə verilir . Böyük qayıdışın ilk addımı Zəngilan rayonu Ağalı kəndinə 60 dan çox ailənin köçürülməsi ilə başladı.

Dövlət başçısı deyib ki, “Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”.

Bu gün Azərbaycan qalib , zəfər dolu,gələcəyə ümidlə baxan dövlətdir. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi.

Dövlətimizin başçısı hər bir addımı ilə sözü və əməlinin bir, hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində verdiyi bu vədlər artıq reallıqdır: “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın sözünün imzası qədər dəyəri daha da artır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Növbəti qayıdış ünvanının Xankəndi olması hər birimizi qürurlandırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.”

Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər