Sizin Reklam Burada

"Kimin cəsarəti çatırsa, qarşımıza çıxsın"

"Kimin cəsarəti çatırsa, qarşımıza çıxsın""Partiyamızın qurultayında növbədənkənar Prezident seçkilərində öz namizədimizi irəli sürməmək barədə qərar qəbul etdik".

Avrasiya.net xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

H.Hacıyev deyib ki, radikal müxalifət qüvvələri məhz onun namizəd ola biləcəyindən qorxaraq seçkiləri boykot edirlər.

"Radikal müxalifət mənim namizədliyimi əsas gətirərək seçkilərə qatılmaq istəmədilər. Mən də bunu nəzərə alaraq geri çəkilirəm. İndi meydanı onlara buraxıram, buyursunlar, özlərinə güvənirlərsə, seçkilərə getsinlər".

H.Hacıyevin sözlərinə görə, Müasir Müsavat Partiyası növbədənkənar seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək:

"Əziz qardaşım, dövlət başçısı İlham Əliyevin namizədliyini müdafiə etməklə bağlı partiyaların rayon təşkilatlarına tapşırıqlar verilib, qərargahlar yaradılıb. Düşünürəm ki, düzgün qərar verdik. Mən növbədənkənar seçkilərdə namizədliyimi irəli sürmədim. Radikal qüvvələr mənim namizədliyimdən çəkinirdilər. Deyirdilər ki, "Hafiz Hacıyev namizəd olacaq, bizi televiziyada təhqir edib söyəcək". İndi hünərləri çatır, seçkiyə getsinlər. Partiyamız dövlətçiliyn yanındadır".

Müasir Müsavat Partiyasının sədri namizədliyini irəli sürən digər siyasətçiləri geri çəkilməyə çağırıb:

"Birinci seçki debatında namizədliklərini geri götürsünlər. Hamısı Qarabağı işğaldan azad edən Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləsinlər. Bu insanlar bilməlidir ki, İlham Əliyev olan meydanda digərlərinin gücü, imkanları yoxdur. İlham Əliyev olan yerdə o biriləri cücəyə bənzərdirlər. Müasir Müsavat Partiyası növbəti Prezident kimi indidən İlham Əliyevi təbrik edir və uğurlar arzulayır".

H.Hacıyev hakimiyyət daxilindəki bəzi məmurlara da mesaj göndərib:

"Hakimiyyət daxilində çox ciddi kadr islahatları aparılmalıdır. Biz bu məsələdə cənab Prezidentin yanındayıq. Kimin cəsarəti çatırsa, qarşımıza çıxsın. Düşünürəm ki, növbədənkənar seçkilərdən sonra iqtisadi islahatlar həyata keçiriləcək, hakimiyyət daxilindəki Qərbə işləyən müəyyən qüvvələr sıradan çıxarılacaq".

Xatırladaq ki, 2024-cü fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb.

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər