İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiqləndi
Dərc olunub:
19-12-2023, 16:11
Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Komissiyanın iclasında bildirilib.
Məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin sənədləri 16 dekabrda MSK-ya təqdim edilib.
İclasda, həmçinin hakim partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi qeydə alınıb.
Tahir Budaqov, Əli Əhmədov səlahiyyətli nümayəndə, Əhliman Tağıyev isə maliyyə məsələlri üzrə səlahiyyətli nümayəndə kimi təsdiq edilib.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.