Qüdrət Həsənquliyev partiyasının adını DƏYİŞDİRİR
Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) adı dəyişdiriləcək.
Avrasiya.net xəbər verir ki, qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub. Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər.
Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb.
Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq.
Qeyd edək ki, BAXCP Qüdrət Həsənquliyevin sədrliyi ilə 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına salınıb.