Xalqa güvən
Sudeif İmamverdiyev
YAP Veteranlar Şurasının üzvü, akademik
Müstəqil Azərbaycan tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.
Ürəyəyatan qərardır! 44 günlük Vətən Müharibəsi (2020) və 2023-cü il (sentyabr) antiterror tədbirlərindən sonra ölkəmizdə yeni reallıq yaranmışdır və bu seçki suverenliyimizin yeni keyfiyyətdə təsbitinə yönəlmişdir.
Nəzərdə tutulan 7 fevral 2024-cü il seçkiləri “Zəfər” seçkiləri kimi tariximizə yazılacaq. Ölkəmizin Prezidenti xalqımıza verdiyi sözə əməl etdi. Ardıcıl fəaliyyətlə Xalq-Dövlət rəhbərliyi birliyinə ən yüksək səviyyədə nail oldu, ərazi bütövlüyünü təmin edərək, bayrağımızı bütün bölgələrdə şərəflə ucaltdı.
Növbədənkənar seçkilərin keçirilməsi tam qəbul olunandır. Xalqımız yaranmış yeni dövlətlərarası münasibətlər fonunda öz iradəsini ortaya qoymaq imkanı əldə etmişdir və onu nümayiş etdirəcəkdir.
Yeni seçkilərdə Ali Baş Komandan, Prezident xalqımızın mütləq çoxluğunun dəstəyinə güvəndiyini bir daha bütün dünyaya nümayiş etdirmək imkanı əldə edəcək.
Xalqımız ölkə Prezidentinin apardığı daxili və xarici siyasəti dəstəkləyir, yaranmış ərazi bütövlüyü şəraitində onun apardığı böyük quruculuq fəaliyyətinin seçkilərdən sonra davamlı həyata keçirilməsi üçün etibarlı mühitin yaranmasına nail olacaq.
Əvvəlki prezident seçkiləri zamanı olduğu kimi nəzərdə tutulan seçkilərdə də başqa namizədlər üçün bərabər imkanlar yaradılacaq. Bununla belə Azərbaycan xalqı son 20 ildə ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin tükənməz, səriştəli, xalqımızın başını ucaldan fəaliyyətinin şahidi kimi yenidən hakimiyyət zirvəsində görməyini ədalətlə müəyyən etməyə qadirdir