Sizin Reklam Burada

Uğurlu siyasətin nəticəsi

Uğurlu siyasətin nəticəsiMehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri


Dekabrın 6-da ADA Universitetində dövlət başçısı İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Cənab İlham Əliyevin çıxışı, çoxsaylı suallara cavabı bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Azərbaycanın 30 illik işğal dövründə yaşadıqlarına, həmçinin 44 günük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına işıq salan həmin Forumun iştirakçıları tədbirdən öncə Zəngilan rayonunda olub orda həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvürə malik olmaqla təəssüratlarını bölüşdülər. Qeyd edək ki, Forumda iştirak edənlərin bir qismi bu ilin mayında ADA Universitetinin təşkilatçılığı ilə Qarabağın tacı Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları idi. Cənab İlham Əliyev ADA Universitetindəki çıxışında bu məqamlara diqqəti yönəldərək növbəti konfransda Laçına getməyi tövsiyə etdi. Artıq bu məkana böyük tərkibdə qayıdış həyata keçirilib. Tədbir iştirakçıları Laçında olub, soydaşlarımızla görüşməklə bir daha Azərbaycan dövlətinin sıfırdan başlayaraq həyata keçirdiyi bərpa-quruculuq işlərindən razılığı məhz onlardan eşitmək imkanı qazanacaqlar.

Görünsüyü kimi, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən böyük qürur hissi ilə bəhs edirik. Təbii ki, bu uğurumuz böyük qətiyyətin, illərin zəhmətinin, səylərinin, uğurlu siyasətin nəticəsidir. Forumda dövlət başçısına ünvanlanan suallarda tarixi Zəfərimizə gedən yolun təhlili bir zərurət kimi qarşıya qoyuldu. Belə ki, “Ərazi bütövlüyünüzü bərpa etmək üçün hərbi imkanları hazırlamaq nə qədər çətin başa gəldi və nə qədər vaxtınızı apardı” sualına cavab olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, açığı, bu, başqa bir konfransın mövzusu ola bilər. Sual qısadır, amma cavabı ya çox qısa, ya da çox uzun ola bilər: “Bəli, bu, uzunmüddətli bir hazırlıq prosesi idi. İlk növbədə, iqtisadi cəhətdən hazırlıq idi. Biz özümüzü təmin edəcək iqtisadiyyata malik olmalı idik və başqa heç bir ölkədən asılı olmamalı idik. Həmçinin siyasi cəhətdən müstəqil olmalı idik, qərarlar bəzən bəzi ölkələrdə olduğu kimi, başqa paytaxtlarda deyil, məhz Bakıda qəbul edilməli idi. Cəmiyyətin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi tələb olunurdu. Xeyli hazırlıq işi bilavasitə ailələrdə görülürdü. Hətta deyərdim ki, ən vacib məsələ ailələrdə vətənpərvərlik əhvali-ruhiyyəsinin yaradılması idi. Təkcə keçmiş köçkünlərin ailələrində deyil, bütün ailələrdə və eləcə də məktəblərdə. Bunlar əsas amillərdir.”

Cənab İlham Əliyev iqtisadi amilin rolunu xüsusi vurğuladı. Təbii ki, hər bir dövlətin təqdimatında iqtisadiyyatı ilə ordusu xüsusi qeyd edilir. Azərbaycanın hər iki istiqamətdə qazandığı uğurlar göz qabağındaır. Azərbaycan iqtisadi möcüzələr, eyni zamanda, ən islahatçı ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində öz sözünü dedi və deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsü kimi dəyərləndirilir. Hazırda Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi diqqətdədir. Sözügedən Forumda Azərbaycanın iqtisadi imkanlarına, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə xüsusi diqqət yönəldildi.

Azərbaycanın tarixi Zəfərində əsas amil olan güclü, qüdrətli Ordumuz da iqtisadi tərəqqi ilə sıx bağlıdır. Ölkəmizin iqtisadi imkanları əsasında ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. “Düzdür, silah və texnologiya itkiləri minimuma endirmək üçün çox vacibdir, itkiləri minimuma endirməyə kömək edə bilər. İkinci Qarabağ müharibəsində təpələrdə mövqe tutub altı müdafiə xətti ilə əhatələnərək özünü müdafiə etməyə çalışan Ermənistandan fərqli olaraq, dağlara dırmaşan bir tərəf kimi ən azı iki dəfə az itki verməyimizin səbəbi məhz müasir silahlara malik olmağımız idi. Amma, eyni zamanda, ən mühüm məsələ hərbi qulluqçuların hazırlığı və ruh məsələsidir” bildirən cənab İlham Əliyev Azərbaycan əsgərinin torpaq, Vətən sevgisindən danışdı. Vurğuladı ki, Şuşaya səfər edənlər şəhəri azad etmək üçün üzərində, sadəcə, yüngül silah və sursat olan döyüşçülərimizin nə cür qayalara dırmaşdığını yəqin ki, görüblər.

Azərbaycan ərazi bütövlüyünə qovuşmaq üçün 30 il yol getdi. Əvvəldə qeyd etdiyimiz kimi, xalqımız tam əmin idi ki, torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli bayrağımız bütün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanacaq. Azərbaycan Ordusu hər zaman Ali Baş Komandandan “İrəli!” əmrini gözləyirdi. Qələbəyə əminlik ordumuzda yüksək səviyyədə idi.

Dövlət başçısı Forumda “Bəli, bu amillərin reallaşdırılması çox vaxt apardı, amma onlar olmasaydı və təbii ki, bütün cəmiyyətin bu milli ideya ətrafında cəmləşməsi baş verməsəydi, Qələbə mümkün olmazdı” söyləyərək bildirdi ki, növbəti dəfə konfransı bu məsələyə həsr edib saatlarla bu barədə danışmaq olar.

Tarixi Zəfərimiz ümumilikdə, bütün sahələrdə mövcud imkanların təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sübut etdi ki, ədalət və beynəlxalq hüquq var, onun tətbiqi üçün vahid mexanizm olmaqla yanaşı, hər bir dövlət yürütdüyü siyasətə söykənərək bu prinsiplərin mövcudluğunu sübut etmək üçün səylərini artırmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər