Sizin Reklam Burada

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanırSon 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları Azərbaycanın dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri və Cənubi Qafqaz gündəmi ilə bağlı səsləndirdiyi fikirlər, ümumən, ölkəmizin sülh prosesinə sadiqliyinin yenidən bəyan edilməsidir.

Dövlətimizin başçısı son 20 ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verərək deyib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Bu müddət ərzində Azərbaycan neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuş və 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalinin bütün seqmentləri arasında ədalətli bölünüb. Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır.

Hazırda dünyada mürəkkəb proseslərin baş verməsi təbii olaraq təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Həqiqətən də hər keçən dövrün təhlili göstərir ki, uğurlarımızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Cənab Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb.

Dövlətimizin başçısı müsahibəsində diqqət çəkən məqamlardan söhbət açıb. O, Ermənistanın işğalçılıq siyasəti zamanı törətdiyi vəhşiliklər, sülh müqaviləsinin imzalanmasına laqeyd yanaşma, Azərbaycanın təklif etdiyi 5 baza prinsipi, Vətən müharibəsindəki tarixi Qələbə, eləcə də Qarabağda aparılan antiterror tədbirləri, iki yüzdən artıq ölkədən ibarət olan beynəlxalq birliyin əksəriyyətinin Azərbaycanı dəstəkləməsi, COVID pandemiyası məsələsi ilə bağlı 80-dən çox ölkəyə yardım göstərilməsi, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, qarşılıqlı marağa əsaslanan qonşularla münasibətlər barəsində məlumat verib. Diqqətə çatdırıb ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsindən sonra Ermənistan daha cəsarətli davranmalıdır. Çünki danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil”.

Bütövlükdə, dövlətimizin başçısının müsahibəsinin regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyə bilərik.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər