Yeni, müstəqil Azərbaycan uğrunda atılan doğru atdım
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü tamam olur.
Azərbaycan xalqı ötən əsrin 90-ci illərinin əvvəllərində hakimiyyəti ələ alan və müxtəlif partiyalar yaradan şəxslərin məqsədyönlü fəaliyyəti nəticəsində ağır siyası və iqtisadi böhran yaşayırdı. Azərbaycanın taleyini düşünən və xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən cəmiyyətin öndə gedən 91 nəfər ziyalısı 16 oktyabr 1992-ci il tarixində “Səs” qəzeti vasitəsi ilə ölkəni böhrandan çıxara biləcək yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi üçün xalqın müdrik oğlu, dahi siyasətçi Heydər Əliyevə müraciət etdi. “91-lər”in müraciəti kimi qızıl hərflərlə tarixə düşən bu sənəd bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Belə bir partiyanın yaradılmasında əsas məqsəd geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, xalqını sevən dövlət xadiminin demokratik yolla hakimiyyətə gəlib Vətəni xilas etmək idi.
Müdrik siyasətçi Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında partiyanın gələcəyinə inamını belə ifadə etmişdir: “Belə partiya Azərbaycanın siyasi-içtimai həyatında fəal istirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Beləliklə, Azərbaycanın bütün regionlarından seşilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 21 noyabr 1992-ci il tarixində Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ümummilli lider Heydər Əlyev yekdilliklə partiyanın sədri seçildi. Eləcə də, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Bununla da, Azərbaycan tarixinin son dərəcədə ağır günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaranmışdır.
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın siyasi həyatında böyük çevriliş yaratdı. Heydər Əliyevə olan inam və etimad partiyaya olan inamı daha da gücləndirdi. Azərbaycanın bütün regionlarında vətəndaşlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşuldu, rayonlarda partiyanın yerli təşkilatları yaradıldı. Çəmi bir neçə ay fəaliyyət göstərən partiyanın sıralarında artıq minlərlə üzvün olması təbii ki, o zamankı hakimiyyət dairələrini əsaslı olaraq narahat etməyə başladı. Lakin göstərilən təzyiglər və yaradılan hərtərəfli maneələr əksinə Yeni Azərbaycan Partiyasının olkənin aparıcı siyası partiyasına çevrilməsinə təkan oldu və bu yola qədəm qoyan insanları ali məqsədlərindən döndərə bilmədi.
Vətənpərvərlik, əqidə birliyi, müstəqillik və azərbaycançılıq ideyalarının üzərində qurulan Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatına yeni təkan verərək, sanki qurtuluşun rəmzinə çevrildi. Bunun da başlıca səbəbi o idi ki, partiyanın başında dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyev dayanırdı. İnsanlar bu partiyanın xilaskar bir missiya daşıdığını anlayır və mümkünü dəstəklərini əsirgəmirlər.
Nəhayət, xalqın təkidi və tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 03 oktyabr 1993-cü il tarixində ölkə Prezidenti seçildi və artıq hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası ilk gündən qarşısına qoyduğu vəzifələrin icrasına, yani Azərbaycanı təhlükə və böhranlardan qurtarmaq üçün geniş fəaliyyətə başladı. Bununla da, güclü və müdrik lideri, düşünülmüş və gələcəyə hesablanmış siyasi platforması, mükəmməl proqramı, xalqın marağı naminə qətiyyət və prinsipiallığı ilə seçilən və dövlətçilik mövqeyində duran Yeni Azərbaycan Partiyası sözün əsl məmasında ümumxalq partiyasına çevrildi.
Yeni Azərbaycan Partiyasının 31 illik tarixi, Azərbaycan dövlətinin müstəqillik tarixini əks etdirir. Yarandığı gündən partiyanın Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub daha da möhkəmləndirilməsindən, ərazi bütövlüyünün bərpa edilməsindən, demokratik, hüquqi, ictimai-siyasi sabit və müasir cəmiyyət qurulmasından ibarət olub və 31 ildir ki, bu siyasi fəaliyyət uğurla davam etdirilir.
Turan Cəfərova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi