Sizin Reklam Burada

Prezident açıq dedi: İrəvan hərbi təcavüzə cəhd edəcək!

Prezident açıq dedi: İrəvan hərbi təcavüzə cəhd edəcək!Bakı sülh müqaviləsinin layihəsi ilə bağlı təklifini İrəvana sonuncu dəfə 11 sentyabrda göndərib, lakin iki aydan artıqdır ermənilərdən cavab yoxdur.

Ermənistan tərəfi bununla bağlı heç bir açıqlama verməyib, hərçənd, İrəvanın səssizliyinin iki səbəbdən qaynaqlandığını demək mümkündür.

Birincisi, Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində erməni separatizminin ləğv edilməsidir: Bakı-İrəvan xəttində sülh sazişinə dair məktublaşmada Ermənistan Qarabağdakı ermənilərlə bağlı məsələləri bu və ya digər formada təkliflərinə daxil edir, bundan kart kimi istifadə edirdi; 20 sentyabrda bundan məhrum oldular və belə görünür ki, Ermənistanın Azərbaycana qarşı istifadə edəcəyi kart qalmadığı üçün gözləmə mövqeyinə keçib;

İkinci səbəb bu gözləmə mövqeyindən qaynaqlanır: 20 sentyabrdan sonra Qərb cəbhəsinin, xüsusilə Fransanın aktiv iştirakı ilə bölgədə siyasi mənzərəni dəyişmək istiqamətində addımları intensivləşib və görünür, İrəvana Bakıya cavab verməyə ehtiyacın olmadığı deyilir: Rusiyanın hədəf olaraq seçildiyi bu prosesin inkişafını Azərbaycan-Ermənistan danışıqları müəyyənləşdirəcək və istisna deyil ki, hadisələyə yön vermək məqsədilə yeni eskalasiya yaradılsın; bu ssenaridə sülh danışıqları da müəyyən qədər arxa plana keçə, danışıqlar prosesi yeni şərtlərə uyğunlaşdırıla bilər - Ermənistanın istəyi budur.

Əsas diqətçəkən məqamlardan biri Əliyevin Qarabağda antiterror tədbirlərindən sonra ilk dəfə “Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəyi” haqda danışmasıdır. Prezident bəyan etdi ki: “Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”.

Daha əvvəl də yazmışdıq: Cənubi Qafqaz uğrunda kəskinləşən mübarizənin Azərbaycana qarşı sərhəd təxribatı ilə isti mərhələyə keçə biləcəyi ssenarisi gözləniləndir. Görünür, rəsmi Bakı da belə ssenarilərin mümkünlüyünü dəyərləndirir.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər