İsrail-Fələstin müharibəsinin ABŞ Azərbaycan münasibətlərinə təsiri
Vüqar Dadaşov
Bəli, siyasət mürəkkəb konfiüurasiyalı sistemdir. Ancaq müasir dövrdə beynəlxalq arenada güc faktoru həlledici şərtə çevrildiyindən bəzi güc mərkəzlərinin yeritdiyi siyasi kurs özünün bəsit formasını göstərir. Buna Qərbin və Rusiyanın Cənubi Qafqaz siyasətini nümunə göstərmək olar.
Hal-hazırda Həmas (Fələstin) - İsrail müharibəsi əvəlliki yaxın şərq konfliklərini, Ukrayna-Rusiya və Ermənistan - Azərbaycan münasibətlərini arxa plana keçirsə də, sadalanan regionlal çəkişmələr tərəflər üçün həlledici xarakterlidir. Həmas-İsrail müharibəsi Rusiya üçün əlverişli geosiyasi şərait yaradır. Bu müharibə yeni reallıqlar ortaya çıxarır, İsrail və ABŞ-ı çətin vəziyətə qoymaqla geosiyasi marağı olan güclərin və digər dövlətlərin tərəfliyini məcburi edir.
Həmas(Fələstin) - İsrail müharibəsi başlayandan sonra ABŞ-ın Azərbaycana dəyişməz düşmən siyasətin balanslı görünüşünün aqresiv ritorika ilə əvəzlənməsi bir başa İsraillə bağlıdır. Çünki, Türkiyə və Azərbaycanın bir müttəfiq kimi, eyni xətt üzrə Fələstini açıq dəstəkləməsi faktı ABŞ-da Azərbaycan maraqlarını müdafiə edən yəhudi lobbisini susdurub. Bəli, erməni lobbisinin müəyyən mənada Bayden hakimiyəyinə təsiri olsa da, Azərbaycana qarşı kəskin siyasi kursun əvəzlənməsinə gücü yetərli deyil. Mübahisəsiz, ABŞ - ın Azərbaycana qarşı dəyişən siyasəti Fələstin - İsrail və sözsüz ki, Rusiyanın Cənubi Qafqazda mövqeyi ilə əlaqədardır.
Ancaq, İsrail Həmasla (Fələstinlə) müharibəni çox uzadan deyil. Çünki, yəhudilər geosiyasi və hərbi nöqteyi nəzərdən mövqeyinin zəifləməsindən ehtiyat edirlər.
O ki, qaldı ABŞ-ın Azərbaycana qarşı siyasətinə, düşünürəm ki, ABŞ münasibətlərin daha da gərginləşməsinə getməyəcək. Cənubi Qafqazın aparıcı dövləti, Türkiyənin müttəfi, Avropanın enerji təhlükəsizliyinin vacib faktoru, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Birliyinin üzvü, Qoşulma Hərakatının lideri kimi və Rusiya - Azərbaycan münasibətlərinin perespektivləri ABŞ-ı Azərbaycana qarşı çox diqqətli olmağı şərtləndirir.