Sizin Reklam Burada

Paşinyan Kremli də, Bakını da qane edir – Arkov

Paşinyan Kremli də, Bakını da qane edir – ArkovPaşinyan hökuməti demək olar ki, ilk aylardan KTMT ilə gərgin münasibətlərdə olub. Hər şey təşkilatın baş katibi postunu tutan general Yuri Xaçaturovun siyasi təqibi ilə başladı. Sonra İrəvandan KTMT-yə üzv ölkələrin İkinci Qarabağ müharibəsində Ermənistanın tərəfində iştirakını zəruri hesab edən iddialar səsləndi. Baxmayaraq ki, bu, KTMT Nizamnaməsinin açıq şəkildə pozulması və faktiki olaraq, Ermənistanın uzun illər işğalı altında olan Azərbaycanın suveren ərazisinə təcavüz olardı.

Avrasiya.net xəbər verir ki, bunu Axar.az-a rusiyalı politoloq Vitali Arkov Paşinyanın KTMT-nin Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsini şərh edərkən deyib.

“Bir il əvvəl - 2022-ci ilin noyabrında Paşinyan KTMT-nin İrəvanda keçirilən sammitində yekun kommünikeni imzalamaqdan, 2023-cü ilin yazında isə KTMT-nin Ermənistanda planlı təlimlər keçirməsinə icazə verməkdən imtina etdi. Lakin o, tezliklə ABŞ və digər NATO ölkələrinin hərbçiləri ilə birgə bir sıra təlimlər keçirdi. Bəzi müşahidəçilər Paşinyanın bütövlükdə KTMT ilə bağlı bəyanatlarını və hərəkətlərini Ermənistanın xarici siyasətinin Qərbə yönəldilməsi ilə izah edir, bunun əsas amili NATO ilə yaxınlaşmadır. Digər ekspertlər diqqəti Ermənistanın hələ də KTMT ilə (eləcə də Aİİ ilə) əlaqələrin tam pozulmadığına yönəldirlər. Bunu Paşinyanın komandasının iki stulda oturmaq cəhdi, hətta İrəvanın Qərb ilə Kremlin sanksiyalar altında olan oyunu kimi şərh edirlər”, - o qeyd edib.

Ekspert Rusiyanın Paşinyanı devirmək planları haqda müzakirələrə də münasibət bildirib:

“Tamamilə başadüşülən səbəblərə görə Moskva Ermənistanda “rəngli inqilaba” icazə verə bilməz. Çünki bunun ikinci Gürcüstan, hətta Ukrayna ilə nəticələnməsini istəmir. Digər tərəfdən, rusiyayönlü müxalifət İkinci Qarabağ müharibəsinin nəticələrini tanımır və hakimiyyətə gələrsə, Azərbaycanla hərbi münaqişənin yenidən kəskinləşməsi istisna olunmur. Bu da regionda uzunmüddətli münaqişəni həll etməyə, Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməyə və Türkiyəni situasiyalı və müvəqqəti də olsa, müttəfiq kimi qazanmağa nail olan Moskva üçün tamamilə lazımsızdır.

Bu situasiyada hətta bütün addımlarına rəğmən, Paşinyanın Ermənistanın baş naziri vəzifəsində davam etməsi yaxın gələcək üçün Moskvanı qane edir - həm də məhz Paşinyanın hakimiyyəti dövründə öz suveren ərazilərini böyük hissəsini azad etmiş Bakını da”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər