Sizin Reklam Burada

ABŞ Azərbaycana hərbi yardımları dayandırır

ABŞ Azərbaycana hərbi yardımları dayandırırABŞ Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişi dayandırmayacaq.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn məlumat verib.

O, Senatda keçirilən dinləmələr zamanı deyib ki, Vaşinqton Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Bakıya hərbi yardımları dayandıracaq.

"Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”, - diplomat qeyd edib.

1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadğan edir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri ABŞ prezident administrasiyaları bu hüquqdan müntəzəm olaraq istifadə edirlər. Sonuncu dəfə Dövlət Departamenti 21 iyun 2022-ci ildə düzəlişi dayandırmaq barədə qərar qəbul edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər