Sizin Reklam Burada

Rəisinin Əliyevə dediyi bu sözlər erməniləri dəli etdi

Rəisinin Əliyevə dediyi bu sözlər erməniləri dəli etdiXəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında Daşkənddə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə İbrahim Rəisi “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlədib.

Rəisi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, Qarabağın bərpasında Azərbaycana yardım etməyə hazır olduqlarını da xüsusi qeyd edib.

Bu barədə yayılan məlumat isə erməni sosial şəbəkə istifadəçiləri və mediasını ciddi şəkildə narahat edib. Erməni mediasının iddiasına görə, İbrahim Rəisi çıxışında “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlətməyib. Bunun sübutu kimi isə İranın rəsmi mediasında görüşlə bağlı gedən xəbərlər göstərilib.

Qeyd edək ki, həqiqətən də İranın rəsmi xəbər agentlikləri Əliyev-Rəisi görüşü haqda məlumat dərc etsələr də, təfərrüatı işıqlandırmayıblar və çıxışlardan sitatları dərc etməyiblər. Diqqətçəkən məqamdır ki, Rəisinin çıxışlarına xüsusi önəm verən İran mediası nədənsə bu görüş haqda “xəbərlə” kifayətlənib.

Buna baxmayaraq, İran Prezidenti Rəisinin rəsmi saytında görüşlə bağlı nisbətən daha müfəssəl məlumat var. Burada da çıxışların tam mətni verilməyib, ancaq Rəisinin “Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyirik”, “Qarabağda bərpa işlərində yardıma hazırıq” kimi sözləri əksini tapıb.

Görünür, İran mediası Ermənistanla “dostluq-qardaşlıq” əlaqələrinə “xələl gətirməmək” davranışı nümayiş etdirib, ermənilər isə bundan istifadə etməyə çalışıblar. Lakin Prezident Rəisinin rəsmi saytındakı məlumatı nəzərdən keçirməyi və görüşün videsunu izləməyi “unudublar”.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər