Ərsin Tatar İlham Əliyevi təbrik etdi
Dərc olunub:
14-10-2023, 12:07
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Avrasiya.net xəbər verir ki, o, təbrikini oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərkən çatdırıb.
Ə.Tatar həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib