MDB Dövlət Başçıları Şurası
Azərbaycan MDB -nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.
Azərbaycan-Qırğızıstan dövlətləri arasında iqtisadi, humanitar, sosial-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi hər iki ölkənin milli maraqlarına uyğundur və gələcək inkişaf üçün yeni perspektivlər açır".
Daim operativ informasiya mübadiləsinin aparılmasının önəmini xüsusi qeyd edən Azərbaycan Prezidenti deyib: “İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır”.
MDB Dövlət Başçılar Şurasının Bişkekdə keçirilən növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu xatırlatmış və MDB çərçivəsində əməkdaşlığın yaxşılaşdırılmasının önəmli olduğunu bildirmişdir.
Son illər Qırğızıstanla əlaqələr yüksələn xətt üzrə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərin MDB daxilində də münasibətlərin yaxınlaşdırılması, əməkdaşlığın mühüm platformalarının hazırlanması hər iki dövlət üçün söz sahibi olmaq imkanlarını artırır, milli təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafına zəmin yaradır. Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanmış, Yaxın və Orta Şərqin, bütün postsovet məkanının ən nüfuzlu və inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün dünya ölkələri Azərbaycanla münasibətlər qurmaqda maraqlıdırlar. MDB dövlətlərinin bir araya gəlməsi bu baxımdan əhəmiyyətlidir.
Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.
Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır”, - deyən dövlətimizin başçısı bildirib ki, MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. “Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək.
Səsləndirilən fikirlər MDB ölkələrinin bir məqsəd uğrunda birgə mübarizə aparılmasına ehtiyacın olduğunu şərtləndirir və əlbəttə ki, keçirilən hər bir görüş, irəli sürülən səmərəli təkliflər və həyata keçirilən tədbirlər birliyin möhkəmləndirilməsinə yönəldilmişdir. Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanması möhkəm təmələ əsaslanan siyasətin təqdimatıdır.
Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir