Sizin Reklam Burada

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir Ulu öndər Heydər Əliyev müasir dünya tarixinə, parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, tükənməz bir məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycan və Türkiyə arasındakı münasibət yeni bir mərhələyə qədəm qoymuş, ulu öndərin təşəbbüsü ilə ölkəmiz 1993-cü ildə TÜRKSOY-a qatılmışdır. Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev dövründə ikitərəfli münasibətlər kəskin şəkildə yüksəldi. Türkiyəli iş adamları Bakıya gəlib Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa başladılar. Bununla bərabər, azərbaycanlı alimlərin, musiqiçilərin, həkimlərin Türkiyəyə sürətli axını başladı.

Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib. Dövlətlərimizin qurucuları – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi, məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. Qardaş Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə edib, Azərbaycan da öz növbəsində Türkiyənin üzləşdiyi problemlərin həllində dəstəyini əsirgəmir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir”.

Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri təqdirəlayiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan “bir millət, iki dövlətdir”.

Nəticə olaraq qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir.


Teymurçin Mirzəbəyli
Xətai rayon İcra Hakimiyyəti - aparıcı məsləhətçi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər