Sizin Reklam Burada

Nüfuzlu beynəlxalq tədbir

Nüfuzlu beynəlxalq tədbir1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Həmin vaxt bu mühüm beynəlxalq tədbir ilk dəfə idi ki, respublikamızda təşkil olunurdu. Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı vardı.

Konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq səviyyədə ölkəmizə artan inamın ifadəsidir.

Ölkəmiz özünün yeni inkişaf paradiqmalarını müəyyənləşdirib ki, kosmik sahə də bu sırada yer alır. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında respublikamızın kosmik sahənin inkişafı ilə bağlı hədəflərini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

Konqresin açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev son dərəcə dəqiqliklə vurğuladı ki, bu gün sivil dünyanın fəal üzvünə çevrilmiş Azərbaycanın dövlət siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamış Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da uğurla inkişaf edir. Ölkəmiz iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Bu Azərbaycanın iki sivilizasiyanın, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu coğrafiyada yerləşməsindən dolayı multikulturalizmin təşviqi sahəsində göstərdiyi səylərin effektivliyini daha da artırır.

Ötən illər ərzində Azərbaycan inkişaf edərək beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Dövlətimizin xarici siyasəti bütün ölkələrlə normal, bərabərhüquqlu əsaslanan münasibətlər qurmaqdan ibarət olub. Eləcə də, ölkəmiz beynəlxaqlq təşkilatlarla fəal əməkdaşlıq edir, dünyada etibarlı tərəfdaş kimi tanınır. Hazırda Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir.

Üç il əvvəl Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqa, özünümüdafiə hüququna əsaslanaraq 30 il ərzində pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Buna qədər işğala son qoymaq öhdəliyini üzərinə götürmüş və 28 il ərzində mənasız danışıqlar aparan beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadılar. BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan özü zorakılıqla üzləşdiyi münaqişəyə son qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bununla Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin, davamlı inkişafın əldə olunması üçün geniş imkanlar verən yeni reallıqlar yaradıb. Möhtərəm Prezidentimizin dediyi kimi, siyasi, iqtisadi və sosial sabitlik inkişafın mühüm meyarıdır və bu amillərin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir.

Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.

Beynəlxalq tədbirdə Ermənistanın 30 il ərzində ölkəmizə qarşı işğalçı siyasəti, onun nəticələri və Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verilib: “Əlbəttə, belə bir möhtəşəm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Bakıda davam edən 74-cü Beynəlxalq Astronavtika Konqresi ölkəmiz üçün çox önəmli beynəlxalq platformadır”.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər