Sizin Reklam Burada

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayırÜmummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı.

Azərbaycanın müstəqillik tarixinin Ulu Öndərin həyatı ilə bağlı olduğunu təsdiqləyən tarixi hadisələrin hər biri liderin xalqına, elinə-obasına bağlılıq nümunəsidir. Bu tarixi anları həyatının mənası hesab edən, yaşadan, bir dövlət kimi varlığımızın əbədiliyini qoruyan hadisələr ümumilikdə Ulu Öndər Heydər Əliyev zəkasının, xilaskarlıq missiyasının təzahürüdür. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur.

Ümummilli Lider Heydər Əliyevi xalqına sevdirən öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməsi idi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu.

Müasir Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkədə yaranan siyasi-iqtisadi sabitlik və respublikada tərəqqi, inkişaf dövrü başladı. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyulub. İqtisadi islahatlar, o cümlədən bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının həyata keçirilməsi prioritet sahələr olub. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanıb. Bu, müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Milli ordu quruculuğu sahəsində Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin rəhbərliyi ilə hələ sovet dönənimdə ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb. Müstəqilliyin ilk illərində milli ordunun formalaşdırılması, silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb, hərbi intizam möhkəmləndirilib.

Ölkəmizin son illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət edib. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət uğurla davam və inkişaf etdirilir.

Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xatirəsi hər birimizin qəlbində ən uca yerdədir, həmişə ehtiramla yad edilir.


Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər