Sizin Reklam Burada

Bütün Qarabağ inkişaf edir

Bütün Qarabağ inkişaf edir İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru dünya miqyaslı unikal inkişaf məkanına çevirib. Dövlət başçısının rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur başdan yaradılır və tarixi diyarlarımız abadlıq məkanına çevrilir.

İllər ərzində vəhşi düşmən tərəfindən talanan, viran qoyulan və zorla didərgin salınan yüzminlərlə vətəndaşımızın həyat şəraitinin yaxşılaşdırılması, problemlərin həlli istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür.

Zəfərdən sonra geniş quruculuq meydanına çevrilən Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynalxalq hava limanları tikilib istifadəyə verilir, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülür. O cümlədən yeni şəhərlərin, kəndlərin, inzibati və yaşayış binaların təməlləri atılır, açılışları həyata keçirilir.

Tarixi ərazilərimizdə Azərbaycan dövlətinin həyata keçirdiyi bütün bu mühüm işlərlə dövlət başçısı İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri zamanı daha yaxından tanış olur, bu yurdlarımızın qısa zamanda necə surətlə abadlaşdırıldığının, dirçəldiyinin əyani şahidi oluruq.

29 sentyabr 2023-cü il tarixində Sərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdiyi beynəlxalq tədbirdə ev sahibliyi etməsi təstiq edir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa olunur. Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi:

"Zəngilan olunmuş ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı "ağıllı kəndi" nə, burada videoda da siz onu gördünüz, ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam- sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır.

Prezident bildirib ki, enerji potensialı, nəqliyyat, yaşayış lahiyələri-bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq.

"Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik.

Biz Qafqazda sülh və sabitlik istəyirik deyən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni parlaq salnaməsi yazılır.

Teymurçin Mirzəbəyli
Xətai rayon İcra Hakimiyyəti - aparıcı məsləhətçi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər