Xocalı qatili və keçmiş "müdafiə naziri" saxlanıldı
Dərc olunub:
29-09-2023, 15:18
Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, "general-leytenant" Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin "milli qəhrəmanı", "general-leytenant" Arşavir Qaramyan da saxlanılıb.
Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.