Sizin Reklam Burada

200 illik erməni layihəsi darmadağın oldu

200 illik erməni layihəsi darmadağın olduAzərbaycan xalqı tarixi günlər yaşayır. Müasir Azərbaycan tarixinin 35 ilini öz mənfi təsirləri ilə zəbt etmiş Qarabağ problemi artıq tarixə qovuşdu.
200 illik erməni layihəsi darmadağın olundu. İki əsr planlaşdırılan oyun sona çatdı. "DQR" adlı qondarma qurum macərası 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpasının əsasını qoydu.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, son antiterror əməliyyatı ilə isə bu problemə nöqtə qoyuldu. Azərbaycan öz suverenliyini bərpa etdi, ərazi bütövlüyünü təmin etdi.
Baş Komandan İlham Əliyevin tarixi fəaliyyəti bu nailiyyəti mümkün etdi. Düşünülmüş xarici siyasət, ordu quruculuğu bu qələbənin əsasını qoydu, Azərbaycan xalqı və ordusu bunu gerçəkləşdirdi:

"1988-ci ildən başlayan "DQR" hadisələri Qorbaçovun erməni ekstremistlərinə dəstəyi ilə alovlanmağa başladı. Separatçılar azərbaycanlılar yaşayan ərazilərdə terror və qətl hadisələri törətməklə Azərbaycan xalqının bu ərazilərdə yaşamaq haqlarını əllərindən almağa başladılar. 1991-ci ilin sentyabrında "respublikanın" elan olunması münaqişəni yeni fazaya keçirdi. DQMV-nin Ermənistan SSR-yə birləşdirilməsinə dair "qərar" Azərbaycan torpaqlarının işğal edilməsinin əsasını qoydu və 30 il davam edəcək qanlı hadisələrə rəvac verdi. Azərbaycan torpaqları işğal edildi. Azərbaycan tərəfdən on minlərlə insan həlak oldu. On minlərlə yaralandı, əlil oldu. Amma Azərbaycan xalqı səbrli hərəkət etdi. Bir gün qələbə çalacağına həmişə inandı və buna ciddi şəkildə hazırlaşdı. Və həmin gözlənilən gün gəldi. 2020-ci il sentyabr ayının 27-si Vətən Müharibəsinə başladı.

44 gün davam edən qanlı müharibənin sonunda qəhrəmanlıq salnaməsi yazaraq 10 noyabrda qələbə qazandı, düşmənə məğlubiyyət aktı imzalatdı. Azərbaycan yenə də humanistlik göstərərək Qarabağ ərazisindəki erməni əhaliyə dəymədi. Hesab etdi ki, onlarla bir yerdə yaşayış mümkün olacaq, amma erməni tərəfi bunu istəmədi, yenidən terror hadisələri törətdi, dinc əhali və dövlət orqanlarının qulluqçularını şəhid etdilər. Azərbaycan məcbur qalıb terrorun kökünü Azərbaycan ərazisində kəsmək üçün antiterror əməliyyatı keçirməli oldu və bu da erməni terrorçularının Qarabağ macərasının sonu oldu. Erməni separatçı-terrorçu ünsürlərinin elan etdiyi "Respublika" 2023-cü ilin sentyabrında da tarixin zibilliyinə atıldı,

"DQR" özünü buraxdığını elan etdi. Erməni toplumunun 35 illik son fəaliyyəti, 200 illik fəaliyyəti kimi erməniləri elə 200 il geriyə, tarixin orta əsrlərinin qaranlığında çabalamağa göndərdi. Azərbaycan dövləti XXI əsrdə qəhrəman xalq kimi öz inkişafını davam etdirəcək, daha böyük arzularının həyata keçirilməsi üçün çalışacaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər