Sizin Reklam Burada

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə görüşdü

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə görüşdüXarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimi qəbul edib.

XİN-dən Avrasiya.net-ə verilən xəbərə görə, görüş zamanı, Azərbaycanın anti-terror tədbirlərindən sonra bölgədə cari vəziyyət, eləcə də humanitar yardım məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının sülh və sabitliyə xidmət edəcəyini diqqətə çatdırıb.

Tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Hal-hazırda, Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsasının olmadığı, Azərbaycanın erməni sakinlərə heç bir təhdid törətmədiyi diqqətə çatdırılıb. Azərbaycana qarşı səslənən iddiaların əsassız olduğunun, bunun sübut edilməsi üçün Azərbaycanın BMT-nin ölkəmizdəki Rezident Əlaqələləndiricisinin rəhbərliyi altında BMT orqanlarının Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkil edilməsinə hazır olduğumuz bildirilib.

Nazir Ceyhun Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin sülh prosesinə maneçilik törətməkdə davam etdiyi diqqətə çatdırılıb. Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlı olduğu vurğulanıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər