Sizin Reklam Burada

Sülh gündəliyinin müəllifi

Sülh gündəliyinin müəllifiGülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi


“Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir.”» Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə diqqəti yönəltdi.

Aparılan bərpa-quruculuq işləri bir daha sübut edir ki, qarşıya qoyulan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail oluruq. Azərbaycan dünya hərb tarixində ilkə imza atan ölkə olaraq tarixi Zəfərimizdən dərhal sonra bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa işlərinin sürətləndirilməsi, yol infrastrukturunun yenilənməsi, bölgələrin enerji ilə təminatı üçün inşa edilən və bərpa olunan elektrik stansiyaları bütünlükdə Qarabağın simasının dəyişilməsinə, rayonların iqtisadiyyatının inkişafına xidmət edir. Bu torpaqlarda beynəlxalq statusa malik hava limanlarının inşası böyük turizm mərkəzinə çevriləcəkləri barədə aydın təsəvvür yaradır. Bu mühüm addım, eyni zamanda, bu torpaqların strateji əhəmiyyətini açıqlayır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının tikinitisi davam edir. Onun 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi və siyasi gücünün təqdimatıdır. Hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizin bərpası, ölkəmizin müdafiə gücünün artırılmasıdır. Tarixi Zəfərimizdən sonra hədəflər açıqlanarkən hər iki istiqamət vacib amil kimi önə çəkildi.

Azərbaycan Ordusunun bu günlərdə missiyasını şərəflə yerinə yetirərək növbəti uğura imza atması dövlətimizin ordu quruculuğu sahəsində atdığı addımların davamlılığının göstəricisidir. Ermənistanın son aylarda törətdiyi təxribatlar, sentyabrın 19-da terror aktı ölkəmizin lokal antiterror tədbirlərinə başlanmasını zərurətə çevirdi. Bir gün ərzində uğur hekayəsinin yazılması Azərbaycan dövlətinin qətiyyətinin, Ordumuzun gücünün, qüdrətinin nümayişi oldu. Dövlət başçısı İlham Əliyev xalqa müraciətində bu məqama diqqəti yönəldərək bildirdi ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika sıradan çıxarıldı: «Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.»

44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan Ordusunun bir gün ərzində növbəti uğura imza atması dövlətimizin orduya göstərdiyi diqqət və qayğının, Silahlı Qüvvələrimizin öz missiyalarını şərəflə yerinə yetirməsinin, hədəflərə doğru inamla addımlamasının, peşəkarlığının təqdimatıdır. Azərbaycanın lokal antiterror tədbirlərinin dayanadırılması ilə bağlı irəli sürdüyü şərtlərin qısa zamanda qəbul olunması ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təsdiqi oldu. Azərbaycan sözünə sadiq olan ölkə olaraq lokal antiterror tədbirlərini həmin şərtlərin qəbulu fonunda dayandırdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, sözümüz imzamız qədər dəyərlidir.

Dövlətimizin başçısı atılan addımların və antiterror tədbirlərinin nəticələrinə söyknərək belə bir əminliyi də ifadə etdi ki, sülh danışıqları üçün maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaradacaq: «Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.»

Azərbaycan daim regionda sabitləşdirici aktor, əməkdaşlıq məkanı kimi tanınır. Ölkəmiz hazırda sülh gündəliyinin müəllifi kimi nüfuz qazanıb. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək. Bu isə öz növbəsində regionun dayanıqlı inkişafının təmin olunması deməkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər