Sizin Reklam Burada

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdirAzərbaycan Ordusu hərb tariximizə daha bir şərəfli səhifə yazdı. Ordumuzun sentyabrın 19-da günorta saatlarında başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsi belə deməyə əsas verir. Bu tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Nəhayətində, Bakı sərt addım atmalı oldu və Bakını belə bir addım atmağa yenə də qeyd edirəm ki, ermənilər özləri oldu. Erməni tərəfi indiydək törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun onlara yaşatdığı ağır bədəllərdən nəticə çıxartmadılar. Ola bilsin kimlərəsə bel bağladılar. Ümid etdilər ki, kimlərsə onlara yardım edib, bu qaranlıq quyudan çıxaracaq. Amma 44 günlük müharibədə və ondan sonrakı dövrdə də havadarları onlara yardımçı ola bilmədi. Üzləşdiyi bəladan xilas etməyə gücü çatmadı. Acı nəticəsi də ortada. Əgər onlar Bakının dediklərini vaxtında eşidib konstruktiv mövqe sərgiləsəydilər belə bir acı reallıqla, ağır itkilərlə üzləşməyəcəkdilər.

Ermənistan heç vaxt bizimlə açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Biz lazım olan vaxtda – bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik". Sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumlarına cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub. Təəssüflər olsun ki, nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı kontingenti bu günə qədər bu bəndin icrası ilə bağlı öhdəliklərini icra etmək üçün heç bir xoşniyyət addım atmayıb. Əksinə, həmin terrorçuların silahlandırılması və növbəti təxribatların həyata keçirilməsi üçün mümkün bütün vasitələrdən istifadə etməyə davam ediblər.

Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtlərindən danışarkən deyib ki, bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar.

Dövlətimizin başçısı qeyd edib: "Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu".

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib ki, biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: "Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik.


Dövlətimizin başçısı xəbərdarlıq edərək deyib: "Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

Beləliklə:“Yüksək peşəkarlıq öz sözünü dedi. Əksər ərazilər separatçılardan təmizləndi və separatçılar ağ bayraq qaldırdılar. Parlaq antiterror tədbirləri ilə Azərbaycan Ordusu bütün dünyaya bir daha göstərdi ki, qarşısına qoyulan hədəfləri uğurla həyata keçirməyə qadirdir”.


İzzət Rüstəmov
Xətai rayon Ağsaqqallar Şurasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər