Sizin Reklam Burada

"Bizim işimiz haqq, istəyimiz sülhdür”

"Bizim işimiz haqq, istəyimiz sülhdür”Sədaqət Vəliyeva
Millət vəkili


Bu həftə qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında növbəti dəfə xalqımıza qələbə sevinci yaşatdı. Qarabağda erməni terrorçularına qarşı keçirilən antiterror əməliyyatları uğurla və Ermənistanın məğlubiyyəti, ağ bayraq qaldırılması ilə nəticələndi. Həmçinin Azərbaycan bir daha sübut etdi ki, törədilən istənilən təxribatın qarşısı Şanlı Ordumuz tərəfindən layiqincə alınacaqdır. Dünya Azərbaycan Ordusunun gücünə, çevikliyinə və Dəmir Yumruğun qüdrətinə növbəti dəfə şahidlik etdi. Qələbə və antiterror tədbirlərinin yekunları ilə bağlı xalqa müraciət edən Ali Baş Komandanımız cənab İlham Əliyev bir sıra vacib məsələlərə toxundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Ermənistan üçün əsl dərs idi.

Çıxış edən dövlətimizin başçısı Ermənistanın mina terroru haqqında danışaraq qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra, Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və bu minalar müxtəlif yerlərdə basdırılmışdır. Cənab Prezidentimiz ortaya qoyduğu bu faktla bir daha Ermənistanın terror xislətini dünyaya sübut etdi və rəsmi İrəvanı ifşa etmiş oldu.

Antiterror tədbirləri haqqında danışan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, və əsl peşəkarlıq göstərdiyini, qısa müddət ərzində bütün istiqamətlər üzrə yüksək səviyyədə hərbi uğurlar əldə etdiyini vurğuladı. Əlbətdə bütün bunlar, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu hərb siyasətinin və Azərbaycan dövlətinin ordu quruculuğu sahəsinə olan diqqətinin nəticəsində mümkün olmuşdur. Qüdrətli Azərbaycan Orudusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində parlaq qələbə qazanmaqla yanaşı post müharibə dövründə də bu uğurları davam etdirməkdədir.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Ordusu hər zaman olduğu kimi öz humanistliyinə sadiqliyini antiterror əməliyyatları zamanı da nümayiş etdirdi. Belə ki, antiterror əməliyyatları başlanmazdan əvvəl bütün hərbi birləşmələrimizə verilmiş ciddi tapşırığa uyğun olaraq aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşmədi və mülki əhali qorundu. Vətən Müharibəsində olduğu kimi antiterror əməliyyatları zamanı da bir nəfər olsun sivil erməni vətəndaşının burnu qanamadı.

Möhtərəm prezidentimiz çıxışında erməni millətçilərinin, müharibə cinayətkarlarının, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərlərinin öz xalqını girov götürdüyünü və zəhərlədiyini diqqətə çatdıraraq bir daha bəyan etdiki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır, Azərbaycanın niyyəti sülh və barışdır. Bu gün Ermənistan asılı, terroru dövlət səviyyəsində dəstəkləyən, böhranlar içərisində çabalayan bir dövlətdir. Tam əksi olaraq Azərbaycan isə inkşaf edən, dünyada nüfuzu və qüdrəti günbəgün artan sabitlik adasıdır. Azərbaycan dövlətinin əsas istəklərindən biri də Qarabağda yaşayan erməni əhalisinin normal yaşayışının təmin edilməsi, kriminal xunta və zəhərli rejimin əsirliyindən xilas olunmasıdır:
“Ermənistan tərəfi unutmasın ki Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olmaqdadır. Bizim işimiz haqq, istəyimiz isə sülhdür. Yaxşı olardı ki, Ermənistan tərəfi antiterror əməliyyatlarından və cənab Prezident İlham Əliyevin çıxışından dərs çıxarsın. Ölkəmizin sülh təşəbbüslərinə qoşulsun, müstəqil olsun və havadarlarının və şəxsi mənafelərini kənara qoyaraq xalqını düşünsün!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər