Sizin Reklam Burada

Qarabağdakı terrorçuları zərərsizləşdirmək Azərbaycanın beynəlxalq hüququdur

Qarabağdakı terrorçuları zərərsizləşdirmək Azərbaycanın beynəlxalq hüququdurAzərbaycan Respublikası Daxili İşlər Orqanlarının bir qurup əməkdaşlarının ermənilərin mina terroruna məruz qalaraq şəhid olması xəbərindən sarsıntı və kədər hissi keçiririk. Ermənistan bölgədə terror ocaqları yaradıb və çox sayda günahsız Azərbaycan əsgəri və mülki sakinlər ermənilərin mina terrorunun qurbanı olur. Qarabağdakı erməni birləşmələrinin törətdiyi əməllər heçbir insanlıq qanunlarına sığmayan‚ qeyri-insani hərəkətlərdir. Qanunsuz erməni birləşmələrinin Qarabağda əraziləri minalaması birmənalı olaraq terror əməlidir və erməni birləşmələri bu cinayətləri ilə bütün əndazələri aşmaqdadır. Ermənilərin kəşfiyyat və diversiya quruplarının Azərbaycan Respublikası ərazisinə sızaraq gediş-gəliş yollarına mina basdırması nəticəsində hərbiçilər‚ polis əməkdaşları ilə birlikdə mülki vətəndaşlar da qanlı terrorun qurbanı olur. Bütün bu qanlı əməllərin məsuliyyəti Qarabağdakı qanunsuz erməni separatçıları ilə birlikdə birmənalı olaraq Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ermənistan tərəfi öz havadarlarının çirkin və məkrli təhriklərindən çəkinməli‚ bölgədə mina terroruna son qoymalı‚ Azərbaycana qarşı təxribat əməllərindən‚ terrorçuluq və qəsbkarlıq siyasətindən əl çəkməlidir. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində və suveren sərhədlərinin daxilində terror və hərbi təcavüz aktı törətmək‚ təxribat yaratmaq‚ kəşfiyyat və diversiya hərəkətləri həyata keçirtmək beynəlxalq qanunlarla ağır cinayətdir.

Bu hal birmənalı olaraq terror əməli və hərbi cinayətdir. Azərbaycan dövlətinin öz inzibati ərazisini‚ suveren sərhədlərini‚ mülki əhalisini və hərbi obyektlərini terrorçulardan qorumaq hüququ vardır. Odur ki‚ Azərbaycan dövlətinin Qarabağdakı qanunsuz erməni birləşmələrinə və terrorçulara qarşı anti-terror əməliyyatı aparmaq məhz beynəlxalq hüquqla Azərbaycan dövlətinin özünümüdafiə hüququ və haqqıdır. Hər bir suveren dövlət öz ərazisini və mülki sakinlərini terrorçulardan və hərbi təcavüzdən qorumağa borcludur.

Biz‚ Qarabağdakı erməni birləşmələrinin və erməni terrorçularının törətdiyi qanlı əməlləri və terror aktlarını qətiyyətlə pisləyirik. Azərbaycan dövləti öz mövqeyində haqqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hazırda öz ərazisini terrorçulardan təmizləmək üçün Azərbaycan dövlətinin apardığı anti-terror əməliyyatlarına öz dəstəyimizi ifadə edirik və hər zaman dost Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildiririk.


İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər