Sizin Reklam Burada

"Azərbaycanın səbri ilə oynamaq, humanistliyindən istifadə etmək olmaz"

"Azərbaycanın səbri ilə oynamaq, humanistliyindən istifadə etmək olmaz"Sədaqət Vəliyeva
Millət vəkili


Son dövrlər Ermənistan tərəfi müxtəlif təxribatlara əl atır - Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutur, ərazilərimizdə minaların basdırılmasına davam edir, döyüş mövqelərini təkminləşdirərək səngər və sığınacaqların sayını artırır, bir sözlə müxtəlif cəhdlərlə vəziyyəti gərginləşdirməyə çalışırdı. Eyni zamanda dünya ictimaiyyəti erməni təxribatına yaşıl meydanlarda və digər müstəvilərdə də şahidlik edirdi. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi yüksək səbr və humanistlik nümayiş etdirir, Ermənistanı sülhə çağırırdı. Lakin Ermənistan tərəfi yenə də nəticə çıxarmır, əksinə təxribatlarının miqyasını artırmağa davam edirdi. Sentyabr 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşviyyat-diversiya qrupu tərəfindən terror məqsədilə quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslərimiz həlak oldu. Eyni zamanda həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də Ermənistan silahlı qüvvələrinin kəşviyyat-diversiya qrupu tərəfindən terror məqsədilə quraşdırılmış minaya düşdü və hərbi qulluqçularımız həlak oldu. Əlbətdə artıq bizim başqa seçimimiz yox idi, anti-terror əməliyyatları qaçılmaz və Azərbaycanın haqqı idi. Belə də oldu. Azərbaycan Ermənistan tərəfinin törətdiyi təxribatların qarşısının alınması, öz konstitusion quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatlarına başladı. Xüsusilə qeyd emək lazımdır ki, Vətən Müharibəsində olduğu kimi Azərbaycan tərəfi bu dəfə də öz humanitsliyinə sadiq qalaraq mülki əhalini və infrastruktur obyektlərini hədəfə almadı. Eyni zamanda Azərbaycan tərəfi sülhün şərtlərini də açıq şəkildə bəyan etdi: Erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılsın və qondarma rejim buraxılsın.

Artıq Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayıb. Axı biz dəfələrlə Ermənistan tərəfinə xəbərdarlıq etdik ki, təxribatların sonu uçurumdur, öz sonunuzu yaxınlaşdırmayın, müstəqil olun, havadarlarınızın yalan vədlərinə uymayın, xalqınızı düşünün, şəxsi maraqlarınız naminə xalqınızı qurban verməyin, sülhə gəlin! Təəssüf ki, Ermənistan tərəfi bütün bunları dəyərləndirə bilmədi. Nəticə isə göz qabağındadır:

“Bir daha hər kəs görsün ki, Azərbaycanın səbri ilə oynamaq, humanistliyimizdən istifadə etmək olmaz. Dəmir Yumruq hər zaman yerindədir!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər