Müdafiə Nazirliyi vətəndaşlara çağırış etdi
Dərc olunub:
20-09-2023, 14:39
Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib.
Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə bildirib.
"Vətəndaşlardan pul və yardım istənilməsi ilə bağlı onlara çağırışlar olunur. Müraciət edirik ki, vətəndaşlar heç bir reaksiya göstərməsin. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın yaxşılaşdırılması təşkil edilir", - o vurğulayıb