Separatçılar Yevlaxda görüşə razılaşdılar - PA
Dərc olunub:
20-09-2023, 14:13
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan PA məlumat yayıb.