Sizin Reklam Burada

Səmərəli əməkdaşlığın siyasi göstəriciləri

Səmərəli əməkdaşlığın siyasi göstəriciləriPrezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı mühüm tarixi hadisədir. Bu amil Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı tarixi, mədəni, siyasi əlaqələrin xarakterindən xəbər verir. Eyni zamanda əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir.

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əlaqələinin tarixi qədim dövrlərə gedib çıxır. Qədimdən bu vaxta kimi Mərkəzi Asiya ölkələri üçün Azərbaycan Qərblə əlaqələrin yaradılmasında körpü olub. Tarixən Mərkəzi Asiya ölkələrinin ticarət marşurutu Azərbaycandan keçib. Qədim İpək Yolu bu baxımdan əyani nümunədir. Diqqət çəkən məqam isə cənab Prezidentin çıxşında “Rəqəmsal İpək Yolu” layihəsini vurğulamasıdır. Dövlətimzin başçısının “Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir” deməsi Mərkəzi Asiya ölkələri arasında virtual bağlılığın və ticarətin daha da güclənəcəyindən xəbər verir.

Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi.

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Eyni zamanda birgə sərmayə fondları yaradılıb ki, bu da növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılmasını təşviq edib. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr birgə həyata keçirilir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır.

Bu gün də Azərbaycan Mərkəzi Asiya ölkələri üçün tiranzit rolunu oynayır. Cənab Pezidentin dediyi kimi, daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. “Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.

Mərkəzi Asiyadakı ölkələri üçün Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu açıq elan edilib. Eyni zamanda Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olmaqla Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Burada mühüm meyarlardan biri də Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Çünki “Rəqəmsal İpək Yolu” layihəsi ölkələr arasında əməkdaşlığın yeni sahəsi olan fiber-optik infrastrukturun yaradılmasına yönəlib”.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.

Birgə ticarətin inkişaf dinamikasına nəzər salaq: 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.

Cənab Prezidentin Düşənbədəki çıxışından göründüyü kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən formada əmədaşlığa açıqdır. Azərbaycan hər zaman olduğu kimi ölkələrarası münasibətlərdə etibarlı tərəfdaşlığa üstünlük verir. Bu, Azərbaycanın dünyadan artıq ən önəmli üstünlüyüdür. Çünki, bir çox dünya liderləri öz çıxışlarında Azərbaycanın etibarlı strateji tərəfdaş ölkə olmasını xüsusi vurğulayırlar. Bununla ölkəmizin məhz Prezident İlham Əliyevin simasında dünyada çox böyük müsbət imici formalaşıb.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər