Kim Azərbaycana qarşı ultimatum xarakterli çıxış edib
ABŞ Senatın Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bu gün keçirilən dinləmələrdə "Birincisi, Laçın dəhlizi məhz indi açılmalıdır, bundan sonra gecikmə olmamalıdır. İkincisi, ABŞ Dağlıq Qarabağ xalqına qarşı heç bir hərbi əməliyyata, hər hansı hücuma dözməyəcək”, - deyə o bildirərək faktiki Azərbaycana qarşı ultimatum xarakterli çıxış edib.
Vəziyəti düzgün qiymətləndirmək üçün əvvəlcə qeyd etməliyik ki, Yuri Kim ABŞ rəsmisi olsa da, həlledici siyasi qərarlar vermək səlahiyyəti yoxdur, və dedikləri rəsmi ABŞ-ın mövqeyi hesab edilə bilməz. Ancaq, heç şübhəsiz ki, Yuri Kim belə bir açıqlamasını razılaşdırılmamış deyil. Ən azı bir neçə gün əvvəl ABŞ-ın Azərbaycana münasibətdə müsbət açıqlamalarının tam əksinə olan Yuri Kimin belə bir fikiri təsadüfi deyil və təbii ki, hədəf və məqsədləri var.
Zənnimcə, Yuri Kimin açıqlamasına Rusiyanın Azərbaycanın istəklərini konstruktiv görüntülü yanaşması ilə bağlıdır və əsl həqiqətdə, hal-hazırda rəsmi Moskvanın sərgilədiyi mövqeyinə qarşıdır. Rusiya prezidenti Vladimir Putinin Vladivostokda iqtisadi Forumda çıxışında faktiki olaraq Paşinyan hakimiyyıtinin Ermənistana, erməni xalqına xəyanət etdiyini dilə gətirərək onu devirmək, həm də digər açıqlamaları ilə ermənilərin ruh düşkünlüyünə səbəb oldu. Yuri Kimin açıqlaması həm də erməniləri qorxu-həyacan içində Qarabağdan köçünün qarşısını almaq və eyni zamanda Paşinyan hakimiyyətinə dolayısı dəstəyini davam etdirməkdir.
Maraqlısı isə odur ki, ABŞ aşağı ranqlı rəsmisi ilə maraqlarını təmin etmək üçün lazımi mesajlar versə də, manevr etmək üçün və rəsmi ABŞ-ın Azərbaycana qarşı çıxmadığını göstərmək üçün zəif halqa içə çıxış edib. Məlumdur ki, Türkiyə prezidenti Cənab Ərdoğan yaxın günlərdə ABŞ-a səfərində Cənubi Qafqaz, Qarabağ mövzusunun müzakirəsi elan olunmasa da mütləq mövzudur. Danışıqlar zamanı ABŞ, Yiri Kimin açıqladığı mövzu ilə cənab Ərdoğana təsir imkanlarını da düşünə bilər.
Yuri Kimin isə verdiyi açıqlama mahiyyətcə Azərbaycan dövlətinin yürütdüyü siyasətinə və siyasi iradəsinə heç bir təsir gücünə malik olmasa da, müəyyən mənada Azərbaycanı cızdığı planların sürətləndirməsini şərtləndirir.
Vüqar Dadaşov