Paşinyan: Təsdiqlədim ki, Qarabağ Azərbaycanındır
Dərc olunub:
12-09-2023, 09:16
2023-cü il mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü təsdiqləyib: Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan Ermənistanın 29 800 kv.km ərazisini tanıyıb. Bundan sonra mən bu razılaşmanı bir daha təsdiqlədim. Sonra mənə sual verdilər ki, doğrudanmı bu 86 min 600 kvadrat kilometr əraziyə Dağlıq Qarabağ daxildir? Mən dedim: Bəli!
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Qarabağı niyə Azərbaycanın tərkib hissəsi adlandırması sualına cavabında deyib.
Baş nazirin sözlərinə görə, bu bəyanatla Ermənistan hakimiyyəti Brüsseldə Azərbaycanla “böhranın həlli arxitekturasına” dair razılaşmanı düzəltməyə çalışıb.