BAXCP və Ədalət qeydiyyata alındı
Dərc olunub:
11-09-2023, 10:52
Ədliyyə Nazirliyi daha iki partiyanı rəsmi qeydiyyata alıb. Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyatdan keçən siyasi təşkilatların sırasına əlavə olunub.
Bu barədə partiya rəsmisi Niyaməddin Orduxanlı məlumat verib.
Qeydiyyatdan keçən digər siyasi partiya Ədalət Partiyasıdır. Xəbəri partiyanın sədr müavini Mütəllim Rəhimli təsdiqləyib.
Beləliklə, qeydə alınan siyasi partiyaların sayı 23-ə çatıb. Daha 4 partiya Əadliyyə Nazirliyindən cavab gözləyir.